“Fitch” Azərbaycana dair inflyasiya proqnozunu yaxşılaşdırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Fitch” Azərbaycana dair inflyasiya proqnozunu yaxşılaşdırdı

“Fitch” Azərbaycana dair inflyasiya proqnozunu yaxşılaşdırdı


2018-ci ildə adambaşına düşən ÜDM 4948 dollar səviyyəsində gözlənilir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2016-2017-ci illərdə Azərbaycanda inflyasiya üzrə proqnozu müvafiq olaraq 14-dən 11,5-ə və 7-dən 6%-dək yaxşılaşdırıb.

Oxu.Az Marja-a istinadən xəbər verir ki, agentliyin hesabatına əsasən, 2018-ci ildə ölkədə inflyasiya 3% səviyyəsində gözlənilir.

“Fitch”, həmçinin 2017-ci ildə Azərbaycanda ÜDM-in artım proqnozunu 1,5% səviyyəsində saxlayıb və proqnozu cari ildə 3,3-dən 3%-dək yaxşılaşdırıb.

Agentlik 2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımının 3% olacağını proqnozlaşdırır.

Agentlik adambaşına düşən ÜDM üzrə proqnozu da yaxşılaşdırıb. “Fitch”in məlumatına görə, bu göstərici 2016-cı ildə 3707 dollar, 2017-ci ildə 4297 dollar təşkil edib.

Yenilənmiş proqnoza əsasən, Azərbaycanda adambaşına düşən ÜDM müvafiq olaraq 3813 və 4434 dollar, 2018-ci ildə isə 4948 dollar səviyyəsində gözlənilir.

Agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli defolt emitenti reytinqini “Neqativ” proqnozla “BB+” səviyyəsində, qısamüddətli defolt emitenti reytinqini “B” səviyyəsində təsdiq edib və yerli valyutada “B” qısamüddətli defolt emitenti reytinqi verib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *