Qaxda film kimi hadisə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Qaxda film kimi hadisə

Qaxda film kimi hadisə


İstirahətə getmişdilər, xəstəxanalıq oldular.

Qaxda 46 yaşlı kişini ilan sancıb.

Oxu.Az bildirir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, iyulun 26-da, saat 23:30 radələrində Qax şəhəri, Məmmədəli Məmmədov küçəsi ev 15-də yaşayan 1970-ci il təvəllüdlü Əhməd Məmmədyə oğlu Hacıyev ilan sancma xəsarəti, onunla eyni küçədə yaşayan 1986-cı il təvəllüdlü Elşən Yaqub oğlu Musayev isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, Əhməd Hacıyev və Elşən Musayev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən Əhməd Hacıyevin sol ayağının topuq nahiyəsindən sancıb.

İlan sancmasından sonra Elşən Musayev isə Əhməd Hacıyevin ilan sancan nahiyəsindən zəhər bədənə keçməsin deyə sorub.

Bu səbəbdən Elşən Musayevdə qismən zəhərlənmə əlamətləri büruzə verib. Hər iki şəxs xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Əhməd Hacıyevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Lazımi tibbi yardım göstərilən Elşən Musayevə ilan zəhərinə qarşı zərdab vurulmasa da, o, həkim nəzarəti altındadır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *