Bu ilan 137 kiloqramdır – FOTO
Avstraliyada bir zooparkda yaşayan ilan görənləri heyrətləndirir.
ANS PRESS-in məlumatına görə, "Betti" adında ilan düzgün qidalanmadığı üçün həddindən artıq kilo alıb.
6,5 metr uzunluğunda olan nəhəng piton təxminən 137 kiloqrama çatıb. Bunu görən heyvan baxıcıları hərəkətə keçiblər. Bettini arıqlatmaq üçün ona 1 il dieta tətbiq edilib.
Nəhəng pitonun gündəlik yeməyinə nəzarət olunub və o, cəmi 2 kq kökəlib. Hələ bala sayılan Bettinin biraz böyüdükdən sonra çəkisinin 150 kiloqrama çatacağı gözlənilir.
Hazırda 137 kq olan pitonu 5 baxıcı çətinliklə daşıya bilir.
Nəhəng pitonun maraqlı fotolarını sizə təqdim edirik:
Mənbə:> ANSPRESS