Zaqatalada 31 yaşlı kişini ilan sancıb
AzNews.info xəbər verir ki, bu barədə APA-ya Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildiriblər.
Məlumata görə, iyunun 4-ü səhər saatlarında rayonun Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi zamanı məlum olub ki, 31 yaşlı M. Məmmədov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol qolunun bilək nahiyəsindən sancıb.
Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən M. Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
M. Məmmədovun vəziyyətinin orta-stabil olduğu bildirilir.
Mənbə:> APA