Bakı Limanında yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı Limanında yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb

Bakı Limanında yükaşırmanın həcmi əhəmiyyətli dərəcədə artıb

2016-cı ilin ilk yarısında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə ciddi artım müşahidə olunub.

Limandan Oxu.Az-a verilən məlumata görə, ən böyük artım irihəcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 4 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.

Son altı ayda Bakı Limanı vasitəsilə 10 min 422 ədəd irihəcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib.

Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 758 ədəd artım deməkdir. Bunların 5 min 492 ədədi (52,7%) Bakı-Aktau-Bakı istiqamətində, 4 min 930 ədədi (47,3%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci ilin ilk altı ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 97% artaraq 8 min 887 TEU təşkil edib.

Neft və neft məhsullarının aşırılması isə 79% artaraq 810 min ton olub. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 1,6% artaraq 16 min 108 ədədə çatıb.

Bunlardan 3 min 277 vaqon (20,3%) Bakı-Aktau-Bakı istiqamətində, 12 min 831 (79,9%) vaqon isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşınma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 9 min 605 nəfər olub.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 36,2% artıb. Ümumi yükaşırmanın 85,3%-i tranzit yükaşırmanın payına düşmüşdür. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 17,4% artıb.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son altı ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,5% artaraq 267 min ton olub.

Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərinin və tikinti malları idxalının payına düşüb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *