Xəzər dənizi ilə bərə reyslərinin sayı artırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Xəzər dənizi ilə bərə reyslərinin sayı artırıldı

Xəzər dənizi ilə bərə reyslərinin sayı artırıldı


Son günlərdə Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı artıb. Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Tranzit Yükdaşımalar üzrə Əlaqələndirmə Şurası müvafiq tədbirlər görür.

Oxu.Az İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, tranzit proseduralarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Aktau (Qazaxıstan) və Türkmənbaşı (Türkmənistan) limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.

Bildirilir ki, dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranıb və dekabrın 6-9-da Aktau limanına gedən TIR-ların bərələrə yüklənməsində gözləmələr baş verib.

Bununla yanaşı, Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.

Əlaqələndirmə Şurası bu problemləri nəzərə alaraq Azərbaycan ərazisindən keçən tranzit yükdaşımaları üçün imkanların genişləndirilməsi istiqamətində ardıcıl və sistemli işləri davam etdirir. Belə ki, artıq yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq edib və yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarıb, bərə reyslərinin sayı artırılıb.

Şura Azərbaycandan gələn bərə-gəmilərin Aktau limanında yanalma imkanlarının artırılması üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparır. Eyni zamanda, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmilərini gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında müvafiq məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *