Bu il Azərbaycan xaricdən nə alıb? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu il Azərbaycan xaricdən nə alıb?

Bu il Azərbaycan xaricdən nə alıb?

İdxal olunan malların çeşidlərinin sayı isə – 4 648 ədəd olub.

2016-cı ilin ilk 2 ayında Azərbaycana 141 milyon 888 min dollar dəyərində yeyinti məhsulları idxal olunub ki, buda ötən ilin anoloji dövrü ilə müqayisədə 91 milyon 270 min və ya 36,42% azalma deməkdir.

Yeyinti məhsullarının 2016-cı ilin 2 iki ayının ümumi idxalında payı isə 14,48% təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı hesabatda bildirilib.

Məlumata görə, qeyd olunan dövrdə Azərbaycana 3 milyon 590 min dollar dəyərində ət idxal olunub ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 9% azalma deməkdir.

Bundan başqa, ölkəyə 668,12 min dollar dəyərində süd idxal olunub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 49,62% azalma deməkdir.

Süd və ətin 2016-cı ilin ümumi idxalında payı isə müvafiq olaraq 0,07% və 0,37% olub.

6 milyon 206 min dollar dəyərində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1 milyon 322 min dollar və ya 27% çoxdur.

Anoloji dövrdə Azərbaycana 27 milyon 726 min dollar dəyərində meyvə-tərəvəz idxal olunub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 15 milyon 903 min dollar və ya 134% artım deməkdir.

Kərə yağı və süddən hazırlanmış digər yağlar və meyvə tərəvəzin 2016-cı ilin ümumi idxalında payı isə müvafiq olaraq 0,63%, 2,63% olub.

Bundan başqa, Azərbaycan xaricdən 9 milyon 34 min dollar dəyərində şəkər, 14 milyon 432 min dollar dəyərində tütün və tütün məmulatları, 30 milyon 150 min dollar dəyərində əczaçılıq məhsulları, 27 milyon 245 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini, 12 milyon 981 min dollar mebel və onun hissələrini alıb.

Qeyd edək ki, 2016-cı ilin ilk 2 ayında Azərbaycana idxalın həcmi 979 milyon 875 min dollar dəyərində olub. Bu isə 1 ildə 42,67% azalma deməkdir.

İdxal olunan malların çeşidlərinin sayı isə – 4 648 ədəd olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *