Azərbaycan yeyinti məhsullarının alışını azaldıb
Azərbaycana ötən il ərzində 979 milyon 509 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu isə 2014-cü illə müqayisədə 7,82% azalma deməkdir.
Oxu.Az ötən il Azərbaycana idxal edilən əsas məhsulların artım və azalma tendensiyasını təqdim edir.
Beləliklə, hesabat ilində ət idxalı 2,04% artaraq 19,9 milyon dollar
Meyvə-tərəvəz idxalı 2,3 dəfə artaraq 58,1 milyon dollara
Buğda 0,98% artaraq 296,8 milyon dollara çatıb.
Şəkər idxalı illik 39,35% azalaraq 124,5 milyon dollar,
Kərə yağı 10,85% azalaraq 22,4 milyon dollar,
Süd idxalı 23,44% azalaraq 5,8 milyon dollar təşkil edib.
Tütün idxalı 2014-cü ilə nisbətən 101 milyon 786,03 min dollar və ya 25,49% azalıb.
Spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxalı son bir ildə 7 milyon 679,51 min dollar və ya 10,82% azalıb.
Mənbə:> Oxu.Az