Dərbənddə polisləri atəşə tutdular
Təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanıb.
Dağıstanın Dərbənd şəhərində naməlum şəxs polislərə atəş açıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 12-də RİA Novosti agentliyinə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Naməlum şəxs avtomobildən polislərə atəş açıb. İlkin məlumata görə, güc strukturlarının iki əməkdaşı yaralanıb”, - agentliyin sözçüsü bildirib.
Mənbə:> Oxu.Az