İŞİD terrorçusu Türkiyədə özünü partlatdı, 5 yaralı
Türkiyədə terrorçu-kamikadzenin özünü partladması nəticəsində hüquq-mühafizə orqanlarının beş əməkdaşı yaralanıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ohadisə polislərlərin İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat aparması zamanı baş verib.
Məlumat verilir ki, özünü partladmazdan əvvəl terrorçu polislərə atəş açıb.
Sonradan onun evində axtarışlar zamanı silah və partlayıcı maddələr aşkarlanıb.
Mənbə:> Oxu.Az