Türkiyədə İŞİD-lə qanlı toqquşma: 2 polis şəhid oldu, 4 terrorçu öldürüldü
İŞİD-çilərin qaldığı evə polis basqını zamanı öldürülən terrorçuların sayının 7 olduğu açıqlanıb. 3 nəfər İŞİD üzvü isə sağ ələ keçirilib.
Xəbər verdiyimiz kimi, Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda İŞİD üzvlərinin cəmləşdiyi evə polis əməliyyat keçirib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar.
Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı yaralanıb. Evdə olan 7 İŞİD üzvündən isə 4-ü öldürülüb. 3 nəfəri sağ ələ keçirilib.
Mənbə:> Lent.az