Dərbənddə silahlılara qarşı xüsusi əməliyyat başa çatdı
Bu gün səhər saatlarında Dağıstanın Dərbənd şəhərində çoxmərtəbəli binada mövqe tutmuş silahlı dəstəyə qarşı əməliyyat başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Xüsusi əməliyyat başa çatıb. mütəxəssislər evə giriblər. Hadisə yerində təhqiqat qrupu işləyir”, - agentliyin sözçüsü deyib.
Qeyd edək ki, ötən gün Dərbənddə çoxmərtəbəli binada mövqe tutmuş silahlılara qarşı keçirilmiş xüsusi əməliyyat zamanı dörd silahlı öldürülüb. Atışma zamanı 17 polis yaralanıb, 2-si həlak olub. Qeyd olunan silahlı dəstənin mayın 9-da Dərbəndin sabiq meri Feliks Qazıəhmədovun atası Hacıəhməd Qazıəhmədovun qətli ilə əlaqəsi olduğu ehtimal olunur.
İŞİD terror qruplaşması ilə əlaqəli olan informasiya resursları Dərbənddə polislə toqquşmalarda İŞİD silahlılarının iştirak etdiyini bildiriblər. İŞİD-in yaydığı bəyanatda toqquşmalarda 3 polis əməkdaşının öldürüldüyü iddia edilib.
Mənbə:> Oxu.Az