Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib » AzNews.info -Xəbər portalı

Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib – FOTO (YENİLƏNİB)

Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib


Parisin ətrafında yerləşən Sen-Denidə polislərin xüsusi əməliyyatının gedişatında beş nəfər həbs edilib, terrorçu-kamekadze qadının məhv edildiyi təsdiqlənib, çərşənbə günü Frans press agentliyi məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə üç şübhəli şəxsin saxlanılması, eləcə də iki-üç yaraqlının məhv edilməsi haqqında məlumat yayılmışdı.

10:50

Fransanın paytaxtı Parisin ətrafında yerləşən Sen-Denidə hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı iki nəfər öldürülüb.

“Le monde”nin yaydığı məlumata görə, ölənlərin 14 noyabra keçən gecə ölkənin paytaxtında törədilən terror aktlarına aidiyyatı ola bilər, OxuAz lenta.ru-ya istinadən xəbər verir.

Xüsusi əməliyyat noyabrın 18-də çərşənbə günü saat 04.30-da mərkəzi meydanın binalarının birində başlayıb.

Xüsusi təyinatlı dəstə beş silahlı adamı əhatə edib, atışma başlayıb. Nəticədə bir neçə polis yaralanıb.

KİV-in məlumatına görə, xüsusi əməliyyat terror aktlarını təşkil etdiyi ehtimal edilən Abdelhəmid Abaudun həbs olunması istiqamətində aparılır.

Daha öncə xüsusi əməliyyatın gedişatında üç nəfərin saxlanıldığı barədə məlumat yayılmışdı. Daha iki nəfər binanın daxilində qalıb.

10:23

Fransanın hüquq-mühafizə orqanları Parisin ətrafında xüsusi əməliyyat keçirilən Sen-Deniyə əlavə qüvvələr yollayıb.

Oxu.Az xəbər verir ki, bu barədə BFM məlumat yayıb.

Polislərin əhatəyə aldığı mənzildə noyabrın 13-də törədilən terror aktlarının təşkilində iştirak edən iki adamın olduğu ehtimal edilir.

Daha öncə əməliyyat zamanı üç adamın saxlanıldığı məlum olub.

Qeyd edək ki, noyabrın 13-də Parisdə silsilə terror aktları törədilib. Partlayışlar, atışma və girovların götürülməsi nəticəsində 129 nəfər həlak olub.

Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib
Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib
Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib
Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib
Parisdə xüsusi əməliyyat: beş nəfər həbs edilib

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *