Əfqanıstan ordusu 30-dan çox “Taliban” döyüşçüsünü məhv edib
Ötən gün Əfqanıstan ordusunun keçirdiyi xüsusi əməliyyat nəticəsində “Taliban” qruplaşmasının ən azı 33 döyüşçüsü məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə nazirliyinə istinadən “Khaama Press” agentliyi məlumat yayıb.
Məlumata əsasən, döyüşlər zamanı daha 42 talib yaralanıb, 5-i həbs edilib. Hərbçilər 5 əldəqayırma partlayıcı qurğunu zərərsizləşdiriblər. Əməliyyat zamanı Əfqanıstan ordusunun iki əsgəri həlak olub.
Ölkənin Daxili işlər nazirliyinin yaydığı məlumata görə, əməliyyat 8 əyalətdə keçirilib - Sari-Pul, Kandaqar, Uruzqan, Qilmend, Qunduz, Loqar, Kapisa və Paktiya.
Mənbə:> Oxu.Az