Dağıstanda üç silahlı məhv edilib

Dağıstanın cənubunda keçirilən xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a respublikanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, xüsusi əməliyyat ötən gecə başlayıb. Əməliyyat zamanı 3 yaraqlı məhv edilib. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti dəqiqləşdirilir.
Mənbə: Oxu.Az