Nazir: Cinayətkarlığa qarşı mübarizədə 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub
Müstəqillik illərində cinayəkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov söyləyib.
R.Usubov deyib ki, 1988-ci ildə Ermənistanın hərbli təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə milis, sonrakı illərdə isə Daxili Qoşun hissələri olub.
Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Mənbə:> APA