Xaçmazda maşınla kanala düşən 4 nəfər tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Xaçmazda maşınla kanala düşən 4 nəfər tapılıb – YENİLƏNİB

Xaçmazda maşınla kanala düşən 4 nəfər tapılıb


Xaçmaz rayonu ərazisində idarəetməni itirərək kanala düşən “VAZ-2106” markalı avtomobil, onun sürücüsü və 3 sərnişini tapılaraq sudan çıxarılıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, xilas edilən sərnişinlərdən biri 40 günlük körpə Mahmudov Nicat Sirac oğludur.

17.06.2016 23:05

Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, ərazidən keçən minik maşını idarəetməni itirərək Xan arxına düşüb.

Avtomobildə 4 nəfər olub. Onların hamısının Gödəkli kənd sakinləri olduqları bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Regional İdarəsinin dalğıc-xilasediciləri kanalda itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Axtarış işlərini asanlaşdırmaq üçün ilə kanalda suyun həcmi azaldılıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *