Xaçmazda “VAZ 2106” polisi vurdu » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Xaçmazda “VAZ 2106” polisi vurdu

Xaçmazda “VAZ 2106” polisi vurdu


Xaçmaz rayonunda iki piyadanı maşın vurub.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəndob -Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı 27 BE 109 dövlət nömrə nişanlı avtomaşın iki piyadanı vurub. Onlar Nərəcan kənd sakinləri 1987-ci il təvəllüdlü Yunusov Şahəddin Almaz oğlu və 1986-cı il təvəllüdlü Əsədov Vasif Əkbər oğludur.

Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Xaçmaz Dəmiryol xətt polis şöbəsinin əməkdaşı Ş.Yunusov Bakıda yerləşən tibb müəssisəsinə göndərilib.

V.Əsədovun vəziyyəti isə orta ağırdır, müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *