Xaçmazda xərçəng xəstəsi özünü meyvə ağacından asdı
Xaçmaz rayonunda intihar baş verib. Yalama kənd sakini 1934- cü il təvəllüdlü, Neymət Neymətov özünü yaşadığı evin həyətindəki meyvə ağacından asaraq öldürüb.
AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, özünü asan N. Neymətovun cəsədini ətrafdakı insanlar görüb.
Onlar dərhal hadisəylə bağlı Xaçmaz Polis Şöbəsinin Yalama Polis Bölməsinə məlumat veriblər.
Xaçmaz polisi və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.
81 yaşlı kişinin intihar etməsinə səbəb xərçəng xəstəliyindən əziyyət çəkməsi və ağrılara dözə bilməməsi olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> ANSPRESS