Xaçmazda 57 yaşlı kişi özünü bıçaqladı
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər sakini, 1958-ci il təvəllüdlü Həmidov Nizami Ağahüseyn oğlu özünü bıçaqlayıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxsin vəziyyəti orta ağırdır.
Hadisə zamanı N.Həmidovun sərxoş olduğu bildirilir. Spirtli içkilərin təsiri altında olan N.Həmidovun yadına nəvələri düşüb və kişi özünü bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> APA