Bakıda polis 24 yaşlı piyadanı vurub öldürdü
Bakının Ziya Bünyadov prosopektində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AzNews.info Musavat.com-a istinadən xəbər verir ki, qəzanı törədən polis əməkdaşı olub.
Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti bölüyünün polis serjantı, 1979-cu il təvəllüdlü Müşfiq Eminov idarə etdiyi “Mercedes E-200” markalı, 90 ZD 769 dövlət nömrə nişanlı avtomobillə piyadanı vurub.
Piyada Bakı sakini, 1991-ci il təvəllüdlü Murad Abıyev olub. Ağır yaralanan piyada 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. M.Abıyevə tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Musavat.com