Sumqayıtda avtobus qəzası: 1 yaralı

Sumqayıt şəhəri ərazisində PAZ markalı sərnişin avtobusu idarəetməni itirərək dirəyə çırpılıb.
ANS PRESS-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə olan sərnişin xəsarət alıb.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər xilasedicilər tərəfindən avtobusdan çıxarılaraq xilas edilib.
Mənbə: ANSPRESS