“Societe Generale”: “Avro-2016” ilə tərəfdaşlıq SOCAR-ın səhmlərini bahalaşdıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

“Societe Generale”: “Avro-2016” ilə tərəfdaşlıq SOCAR-ın səhmlərini bahalaşdıracaq

“Societe Generale”: “Avro-2016” ilə tərəfdaşlıq SOCAR-ın səhmlərini bahalaşdıracaq

“Societe Generale” bankı Fransada keçirilən futbol üzrə Avropa çempionatı ilə (“Avro-2016”) tərəfdaşlıq nəticəsində səhmləri bahalaşacaq şirkətlərin siyahısını dərc edib.

Oxu.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bank tərəfdaşlardan ibarət “futbol komandası” düzəldib.

Bank 11 şirkətin adını “əsas heyət”ə, 12-nin isə “ehtiyyat”a salıb.

Əsas heyətdə “Ryanair”, “EasyJet” və “Air France-KLM” aviadaşıyıcıları, Britaniyanın ITV yayım korporasiyası, pivə istehsalçıları olan “Carlsberg” və “Heineken”, Britaniyanın “Paddy Power” bukmeker kontoru, “Adidas” geyim firması, Fransanın tikinti şirkətləri olan “Vinci” və “Eiffage”, “AccorHotels” şəbəkəsi yer alıb.

“Ehtiyat heyət”də isə “Coca-Cola”, “Eurotunnel”, Fransanın TF1 telekanalı, “Kering” (“Brioni” və “Gucci” kimi brendlərin sahibi”) firması, Çinin “Hisense” elektrik cihazlar istehsalçısı, “Turkish Airlines” aviadaşıyıcısı və SOCAR, o cümlədən bir sıra fransız şirkətləri var.

Ümumilikdə, “Avro-2016” UEFA tərəfindən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

“Bloomberg” agentliyinin hesablamalarına əsasən çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

Qeyd edək ki, çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *