Fransada “Avro-2016” start götürdü
Fransada futbol üzrə Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, turnirin ilk matçında Fransa və Rumıniya milliləri qarşılaşır.
Turnirin açılış oyunu Parisin “Sen-Deni” stadionunda keçirilir.
İlkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.
Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq.
Final matçı iyulun 10-da Parisdə keçiriləcək.
Mənbə:> Oxu.Az