İnanılmaz müqavilə: 900 milyon avro...
"Bavariya" "Adidas"la müqaviləsini 2030-cu ilə qədər uzadıb.
ANS PRESS-in məlumatına görə, bu barədə "Adidas"ın sözcüsü Oliver Brüggen açıqlama verib.
Şirkət nümayəndəsi bildirib ki, "Bavariya" ilə 5+10 illik yeni müqavilə bağlanılıb.
İngiltərə mətbuatı firmanın kluba ödəyəcəyi məbləği də açıqlayıb.
Məlumata görə, "Adidas" alman klubuna 900 milyon avro ödəyəcək.
Mənbə:> ANSPRESS