Lotereyada 48 milyon avro uddu
İspaniya vətəndaşı “EuroMillones” millətlərarası lotereyasında təxminən 47,8 milyon avro udub.
ANS PRESS-in məlumatına görə, bu haqda “La Vanguardia” xəbər verib.
Biletin sahibinin şəxsiyyəti hələ açıqlanmır. Lotereyanın təşkilatçıları vurğulayıblar ki, bəxtəvərin adı gizlicə saxlanılır və hətta o özü "yata və öz uğuru haqqında bilməyə" bilər.
Qeyd edilir ki, həmin şəxs 10 avro müqabilində beş sadə kombinasiya qoyub və bunlardan biri uduşlu olub.
Mənbə:> ANSPRESS