“Buta Sığorta” ilə bağlı qərar qəbul edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Buta Sığorta” ilə bağlı qərar qəbul edildi

“Buta Sığorta” ilə bağlı qərar qəbul edildi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda “Buta Sığorta” ASC-nin qüvvədə olan sığorta (təkrarsığorta) müqavilələrinin (sığorta portfelinin) “Günay Sığorta” ASC-yə ötürülməsinə dair qərara qəbul olunub.

İclasda bildirilib ki, “Buta Sığorta” ASC-nin sığorta portfelinin “Günay Sığorta” ASC-yə ötürülməsi barədə şirkətlər arasında müvafiq razılaşma imzalanıb və bunun təsdiq edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub.

Təqdim olunmuş məlumatların təhlil edildiyi və “Günay Sığorta” ASC-nin məcmu kapitalının, ödəmə qabiliyyətinin, sığorta ehtiyatlarının və sığorta qaydalarının sığorta qanunvericiliyinin tələblərinə uyğun olduğu bildirilib.

Palatanın (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta portfelinin ötürülməsi prosesi zamanı istehlakçıların hüquqlarının qorunması məqsədilə konkret tapşırıqlar verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *