Daha bir sığorta şirkətinin lisenziyası ləğv edildi
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən (DSNX) “Era Trans Sığorta” ASC-yə verilən lisenziyanın müddəti 6 ay müddətinə dayandırılıb.
Oxu.Az-a DSNX-dən verilən məlumata görə, buna səbəb sığorta şirkətində yoxlamalar zamanı müəyyən olunan nöqsan və çatışmazlıqlarla əlaqədardır.
“Cəmiyyət, lisenziyasının qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmasını müəyyən olunmuş müddətdə təmin etməməsi ilə əlaqədar, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq Cəmiyyətə 01.06.2009-cu il tarixdə sığorta fəaliyyətinə verilmiş lisenziya Maliyyə Nazirliyinin 09.06.2015-ci il tarixli əmri ilə ləğv edilib” - deyə, xidmət qeyd edir.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli