Sığorta şirkətinin lisenziyası ləğv edildi
"Royal Sığorta" ASC-nin lisenziyası ləğv edilib.
ANS PRESS-in Maliyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2014-cü il 08 sentyabr tarixində ləğv edilib.
Buna səbəb "Royal Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması müəyyən olunmuş müddətdə təmin edilməməsi ilə əlaqədardır.
Mənbə:> ANSPRESS