Azərbaycanda sığorta şirkətlərinin vəziyyəti açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycanda sığorta şirkətlərinin vəziyyəti açıqlandı

Azərbaycanda sığorta şirkətlərinin vəziyyəti açıqlandı


Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “PAŞA Sığorta” şirkəti tutub.

Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.

“Şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “PAŞA Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub.

Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi “Azərsığorta” (41,4 milyon manat) və “Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Başak İnam” (1 milyon manat) “Amrah Sığorta” (886 min manat), “Azərqarant” (300 min manat), “Qala Sığorta” (80 min manat) və “Günay Sığorta” (62 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 2,3 milyon manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib”, - deyə ASA-dan qeyd edilib.

Hesabata görə, lisenziyası 2014-cü ilin dekabrında dayandırılmış, 2015-ci ilin iyununda isə ləğv edilmiş “Era-Trans” sığorta şirkəti təbii olaraq sığorta haqqı toplamayıb.

“Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.

Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və “Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *