Ötən ay hansı sığorta şirkəti daha səxavətli olub?
2015-ci ilin 7 ay ərzində sığorta ödənişlərinin məbləğinə görə isə lider “PAŞA Sığorta” şirkəti olub, 16,5 milyon manatla. Sonrakı yerləri tutan “Qala Həyat Sığorta”nın ödənişləri 16,1 milyon manat, “Atəşgah Sığorta”nın ödənişləri isə 9,1milyon manat təşkil edib.
Bu barədə Oxu.Az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Həyat Sığorta” (8,5 milyon manat) və “Azərsığorta” (7,3 milyon manat) şirkətləri tamamlayır.
Ümumilikdə, ödənişlərin 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 57,5 milyon manat) düşür.
Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (160,6 min manat), “Günay Sığorta” (70,8 min manat), “Çartis Azərbaycan” (39,8 min manat), “İpək Yolu Sığorta” (37,2 min manat) və “Azərqarant” (1,6 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 310 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 12-də 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 16-da sığorta ödənişlərinin artımı, 11-də isə azalması baş verib.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli