Azərbaycanda kasko sığortası ilə bağlı vəziyyət açıqlandı
Kasko sığortasında yığımlar 17%, ödənişlər isə 11% azalıb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) Oxu.Az-a bildirilib.
“2015-ci ilin 9 ayında sığorta ödənişlərinin məbləği kasko sığortasında 10,5% azalaraq 18,4 milyon manata düşüb”- deyə, ASA-dan qeyd edilib.
Bundan əlavə, ASA-dan qeyd edilib ki, adıçəkilən sığorta növü üzrə yığımlar isə 17% azalıb.
ASA-dan bildirilib ki, sığorta bazarının 62%-i könüllü formalaşıb:
“2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,3%-i və ya 211,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 3,5% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 128 milyon manat və ya bazarın 37,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 16,3% böyüyüb.
9 ayda ümumi ödənişin 74,5%-i və ya 94,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 10,5% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 32,5 milyon manat və ya ümumi bazarın 25,5%-ni təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,7% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,9 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə bu rəqəm 42,1 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,7 manatdan 25,4 manata düşüb”.
Mənbə:> Oxu.Az