Azərbaycanda avtomobil sığortalanmasının sayı azaldı
2015-ci ilin 7 ayında sığorta ödənişlərinin məbləği kasko sığortasında 7,7% azalaraq, 14,6 milyon manat təşkil edib.
Oxu.Az-a bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.
“Bu sığorta növü üzrə yığımlar isə 13% azalıb”-deyə, ASA qeyd edib.
Bundan başqa, kasko sığortası üzrə sığortaçılar tərəfindən toplanan vəsaitin həcmi isə 18,4 milyon manat olub.
Qeyd edək ki, bir müddət əvvəl ASA rəhbəri Orxan Bayramov Oxu.Az-a bildirmişdi ki, kaskonun inkişafı vaxt tələb edəcək:
“Heç kim köhnə avtomobillərini sığorta etdirmək barəsində düşünmür. Bu da sığortanın bu növu üzrə ödənişlərə və yığımlara öz təsirini göstərir”, - deyə, o qeyd etmişdi.
Mənbə:> Oxu.Az