Azərbaycanda kasko sığorta tarifləri daha balanslı olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Azərbaycanda kasko sığorta tarifləri daha balanslı olacaq

Azərbaycanda kasko sığorta tarifləri daha balanslı olacaq


Könüllü kasko sığortası üzrə bazarda qiymətlər yuxarı qalxmayacaq. Bazar daha balanslı olacaq. Bununla yanaşı, hər bir sığorta şirkəti portfelinə əsasən, ümumi qiymət çıxardacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün jurnalistlərlə görüşündə Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov bildirib.

“Onun sözlərinə görə, 16-17 sığorta şirkəti ilə oktyabrın 5-6 da yenidən görüş keçiriləcək. Həmin sığorta şirkətləri yekun portfellərinin analizini təqdim edəcəklər. Kasko sığortası üzrə tariflərlə də bu analizdən sonra, daha balanslı olacaq” - deyə, o qeyd edib.

O, bildirib ki, biz bununla çalışırıq ki, sığortanın bu növü üzrə bazarda daha əsaslı tariflər olsun.

Onu da əlavə edək ki, bir müddət əvvəl ASA təşkilatçılığı ilə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən 21 aktuarinin iştirakı ilə görüş keçirilmişdi.

Aktuarilərə xəbərdarlıq olunmuşdu ki, avtomobilin könüllü sığortası ilə bağlı, tariflər müəyyənləşdirilərkən, zərərliliyin sığortaçıların maliyyə sabitliyinə zərər vura biləcək səviyyədə qalxmasının qarşısı alınsın.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *