Sosial şəbəkələrdə təhqir olunan könüllü qız xəstəxənaya aparıldı
Formula-1 könüllülərinin "My way" ("Mənim yolum") adlı tədbiri birmənalı qarşılanmayıb
AzNews.info azxeber.com-a istinadən bildirir ki, Formula-1 könüllüsü Nailə Axundzadənin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub.
Belə ki, xanımın jestləri və çıxışı bəzi istifadəçilərin kəskin iradına məruz qalıb. Könüllülərinin rəsmi səhifəsində paylaşılan videoya o qədər çox tənqid və təhqirdolu şərh gəlib ki, səhifə adminləri videonu siliblər.
Bütün şərhlərə cavab yazan 21 yaşlı Nailəyə çoxlu tənqid və təhqir gələndən sonra o, "Facebook" profilini dondurub.
Formula - 1 könüllülərindən birinin verdiyi məlumata görə, bu şərhlərdən sonra gənc qızın vəziyyəti pisləşib, barəsində yazılanları oxuyandan sonra halı pisləşən Nailə Axundzadə üçün təcilli tibbi yardım çağırılıb və xəstəxanaya aparılıb. Videonun da məhz bu səbəbdən silindiyi iddia olunub.
Qeyd edək ki, N. Axundzadə Bakı Sənayə Pedoqoji Kollecinin 4-cü kurs tələbəsidir.
Mənbə:> Azxeber.com