Türkiyədə sosial şəbəkədə Ərdoğanı təhqir edən gənc saxlanıldı
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Təkirdağ viləyətində sosial şəbəkələrdə ölkə başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir edən 17 yaşlı gənci saxlayıb.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, polis onu evində həbs edib.
Məhkəmə onu barəsində həbs-qəti imkan tədbirini seçdikdən sonra, o yerli istintaq təcridxanasına gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> Oxu.Az