Hindistan polisi qadını təhqir etdiyinə görə tutuquşunu saxlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Kriminal, Dünya

Hindistan polisi qadını təhqir etdiyinə görə tutuquşunu saxlayıb

Hindistan polisi qadını təhqir etdiyinə görə tutuquşunu saxlayıb


Hindistanda polislər 85 yaşlı qadını təhqir etdiyi üçün tutuquşunu saxlayıblar.

Bu barədə Oxu.Az The Telegraph-a istinadən xəbər verir.

Məlumata əsasən, 85 yaşlı Canabəi tutuquşunun onu dəfələrlə təhqir etməsi barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

İlkin araşdırma zamanı məlum olub ki, tutuquşuya danışmağı Sureş Sakxarkar adlı şəxs öyrədib. Canabəi onun ögey anasıdır və bu səbəbdən oğlan tutuquşuya qadının ünvanına təhqiramiz sözlər deməyi öyrədib.

Polisdən bildiriblər ki, qadın və onun oğulluğa götürdüyü şəxs arasında mülkiyyət və torpaq üstündə mübahisə gedir.

“Biz diqqətlə tutuquşu izlədik, lakin o polis bölməsində bir söz belə demədi”, - hüquq-mühafizə orqanlarının əməkdaşı qeyd edib.

Tutuquşuna qarşı heç bir ittiham irəli sürülməyib və o, yerli meşə təsərrüfatı şöbəsinə verilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *