Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal

Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü

Namus üstündə həbsxanaya düşən qadını nişanlısı öldürdü


Türkiyədə namus üstündə həbsxanaya düşən nişanlı qız elə nişanlısı tərəfindən qətlə yetirilib.

AzNews.info-nun ANS PRESS-ə istinadən məlumatına görə, Antalyada ona seksual təcavüz edən keçmiş iş yoldaşını öldürən Yasemin Sönmez həbsxanadan çıxdıqdan sonra nişanlandığı şəxs tərəfindən öldürülüb.

35 yaşlı Hakan Şengül 32 yaşlı Yaseminə 12 bıçaq zərbəsi endirib. Hakan Şengül nişanlısının onun kişiliyini təhqir etdiyi üçün cinayətə əl atdığını deyib.

Ailəli və bir uşaq anası olan Yasemin Sönmez ona təcavüz edən keçmiş iş yoldaşını 17 dəfə bıçaqlayaraq qətlə yetirmişdi. 7 il 4 ay həbsxanada cəza çəkdikdən sonra azadlığa buraxılır. Həbsxanadan çıxdıqdan sonra ərindən boşanan qadın, otellərin birində baş ofisiant çalışan Hakan Şengül ilə tanış olur. Onunla eyni oteldə çalışmağa başlayır və ötən ilin noyabr ayında nişanlanırlar.

14 noyabrda onların arasında mübahisə düşür. Mübahisə zəminində Hakan Şengül nişanlısını 12 yerindən bıçaqlayaraq öldürür. Cəsədini isə dava etdikləri meşədə ataraq qaçır. Cinayətdən 2 saat sonra polis mərkəzinə gələrək təslim olur.

Məhkəmə qarşısına çıxarılan Hakan Şengül qadının onu təhqir etdiyi üçün öldürdüyünü söyləyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *