Hakan Şükür Ərdoğanı uşaq qətlində ittiham edir – FOTO
Türkiyə millisinin və “Qalatasaray” komandasının keçmiuş oyunçusu Hakan Şükür növbəti dəfə sosial şəbəkədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana söz atıb. ANS PRESS-in məlumatına görə, Şükür, son günlər Aralıq dənizində baş vermiş, Suriya qaçqınlarının boğulması zamanı meydana gələn uşaq ölümlərinə görə, Ərdoğanı ittiham edib.
Dənizdə boğularaq ölmüş azyaşlı uşağın şəklini twitter səhifəsində paylaşan Şükür Ərdoğanın buna görə məsuliyyət daşıdığını qeyd edib.
Hakan Şükürün sosial şəbəkədə Ərdoğana qarşı yönəlmiş ismarışı
“Sentyabr 2012 Rəcəb Tayyib Ərdoğan: “Şamda cümə namazı qılacağıq”. Sentyabr 2015 suriyalı uşaqların cəsədləri Türkiyə sahillərində”- deyə keçmiş futbolçu qeyd edib.
Ötən günTürkiyə Muğla vilayətinin Bodrum rayonu sahillərində 12 suriyalı qaçqının olduğu rezin qayıq batıb. Daha sonra dalğaların sahilə vurduğu ölülər arasında 3 azyaşlı uşaq cəsədi də olub. İctimaiyyət arasında böyük təəssüf hissi ilə qarşılanan hadisədə ölən uşaqların şəkilləri minlərlə dəfə müxtəlif ismarışlar yazılaraq sosial şbəkədə paylaşılıb. Hakan Şükürün baş verənləri prezident Ərdoğanla əlaqələndirməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.
Bodrumda dalğaların sahilə vurduğu və Şükürün tənqid üçün istifadə etdiyi körpənin fotosu
Bir vaxtlar Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarından Türkiyə parlamentinə girərək millət vəkili olan Hakan Şükür daha sonra Fətullah Gülən qrupu ilə hakimiyyət arasında başlayan gərginlikdən sonra AKP-dən istefa vermişdi. Bundan sonra, “Əmrlə gəldik, əmrlə tərk edirik” deyən Şükür hər fürsətdə sosial şəbəkədə Ərdoğanı bə AKP hakimiyyətini tənqid edir.
Hakan Şükür son seçkidə müstəqil namizəd kimi iştirak etsə də seçilə bilməmişdi.
Mənbə:> ANSPRESS