Elzaya efirdə şeir oxumaq qadağan edildi
“Mat qalmışam” və "Bığ” şeirləri sosial şəbəkələrdə böyük rezonans doğurub.
Azərbaycanın əməkdar artisti Elza Seyidcahana efirdə şeir oxumağı qadağan ediblər.
AzNews.info Sputnik-ə istinadən bildirir ki, bu barədə Elza Seyidcahan özü Xəzər TV-də efirə gedən "Hər şey daxil" verilişində məlumat verib.
“Bilirsiz ki, mən şeir yazıram və məndən xahiş edəndə onu televerilişlərin efirində də oxuyuram. Amma oğlum mənə efirdə şeir oxumağı qadağan edib. Mən ona söz vermişəm ki, bir də bunu etməyəcəm. Mənim şeirlərim çap formasında çıxacaq. Bütün pərəstişkarlarım o şeirləri oxuya biləcəklər. Özü də buna tələbat var”.
Elza Seyidcahanın şeirləri daha çox sosial şəbəkələrdə reytinq toplayır və populyarlıq qazanır. Onun “Mat qalmışam” və "Bığ” şeirləri sosial şəbəkələrdə böyük rezonans doğurub.
Mənbə:> Sputnik.az