Formula-3-də dəhşətli qəza » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto, Video

Formula-3-də dəhşətli qəza – VİDEO

Formula-3-də dəhşətli qəza


AzNews.info F-1.az-a istinadən xəbər verir ki, Avstriya trasında Kallum İlottun qalib gəldiyi yarışda Rayan Tveter, Çji Li Konq və Pedro Pike təhlükəli qəza yaşayıblar və yarış qırmızı bayraqlarla dayandırılıb.

Yarışın bitməsinə 7 dəqiqə qalmış Tveterin bolidi yerində fırlanlb və çınqıllı sahəyə çıxaraq trasa qayıdıb. Tveterin bolidi trasa qayıtdıqdan sonra mühərriki dayanıb, maşının arxasında isə qatı toz dumanı əmələ gəlib.

Bu vaxt arxadan gələn Çji Li Konq və Pedro Pike gərgin mübarizə apardıqları və heç nə görmədikləri üçün hər ikisi növbə ilə Tveterin bolidinə çırpılıblar. Li Konqun bolidi çırpılmadan sonra göyə uçaraq bir neçə dövrə vurub və yerə zərblə düşüb.

Qəza edən bütün sürücülər tibbi mərkəzə aparıblar. Bəzi yoxlamalardan sonra məlum olub ki, Pike yaralanmayıb. Tveter isə az da olsa yaralanıb. Çji Li Konq bir müddət huşunu itirsə də, sonradan özünə gəlib. Sürücünün başından və belindən yaralanması ehtimal olunduğu üçün helikopterlə xəstəxanaya aparılıb.

Tveteri sonradan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar, amma onun vəziyyəti barədə hələ də dəqiq heç bir şey deyilməyib.


Mənbə: F-1.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *