Con Kerri xəstəxanaya yerləşdirildi
ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri İsveçrənin Jenevrə şəhərində xəstəxanaya yerləşdirilib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi
“Dövlət katibinin vəziyyəti stabildir. Qəza nəticəsində o huşunu itirməyib”.
Məlumata əsasən, Dövlət Departamentinin katibi Con Kerri Fransanın İsveçrə sərhəddinin 50 kilometrliyində yerləşən Syünze şəhərində velosiped qəzasına düşüb.
Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki “Geneva University Hospital” xəstəxanasına çatdırılıb. Onun Cenevrədə yerləşən xəstəxanaya aparılması üçün hellikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.
Hal-hazırda həkimlər Kerrinin müalicəsini davam etdirirlər.
Mənbə:> Oxu.Az