Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
ABŞ dövlət katibi Con Kerri Azərbaycanın 28 mayda qeyd etdiyi Respublika günü münasibətilə şərhlə çıxış edib.
“90 il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk müasir respublika yaratdı. 1991-ci ildə siz Sovet İttifaqından müstəqillik əldə edəndən bəri ölkələrimiz Azərbaycanın suverenliyinin güclənməsi uğrunda birgə qüvvələrini ortaya qoyaraq dövlətin demokratik inkişafına və çiçəklənməsinə təsir edirlər”- deyə müraciətdə bildirilib.
Azərbaycan xalqına müraciət edərək Con Kerri diqqətə çatdırıb ki, “Birləşmiş Ştatlar sizin Avropa energetika bazarının Cənub qaz dəhlizi vasitəsilə diversifikasiya edilməsi prosesində rolunuzu qəti şəkildə dəstəkləyir. Birgə fəaliyyət göstərərək biz terrorizmlə mübarizə aparır, Əfqanıstanda NATO missiyasında iştrak edərək biz regionda eləcə də dünyada təhlükəsizliyin qorunmasında iştrak edirik. Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasında transmilli hədələrin neytrallaşmasında və hüquqi dövlətin qurulmasında səylərini artırmağa tam hazırdır”.
Mənbə:> ANSPRESS