Futbolçu meydana çıxandan 7 dəqiqə sonra öldü
Rumıniyanın “Dinamo” klubunun 26 yaşlı yarımmüdafiəçisi Patrik Ekenqin oyun zamanı ürəyi dayanıb.
Ölkə birinciliyinin “Vitorul”la oyununda 26 yaşlı futbolçu meydana girəndən 7 dəqiqə sonra huşunu itirib.
Klub həkimlər dərhal meydana daxil olublar. Məlum olub ki, Patrik Ekenqin ürəyi dayanıb.
Həkimlər onun ürək döyüntülərini bərpa etsələr də, vəziyyətin gərgin olduğunu görüb təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salıblar.
Ancaq Ekenq heç bir xüsusi avadanlığı olmayan, sadəcə nəqliyyat kimi istifadə edilən tibbi yardım maşınında xəstəxanaya çatmamış vəfat edib.
Mənbə:> ANSPRESS