Argentinalı futbolçu matç zamanı vəfat etdi
“Atletiko Parana” futbol klubunun müdafiəçisi 27 yaşlı Kristian Qomes Argentina çempionatı zamanı “Boka Unidos”a qarşı oyun zamanı ürək tutmasından vəfat edib, bu barədə the Mirror bildirib.
Futbolçu xəstəxanaya gedərkən, təcili yardım maşınında dünyasını dəyişib, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Qomes “Atletiko”ya bu ilin əvvəlində “Sportivo Patriya”dan keçib.
Bu, Argentina futbolunda bu qəbildən olan ikinci hadisədir. On gün öncə “Banfild”də oynayan Emmanuel Orteqa matç zamanı meydandan kənara çıxaraq, başı beton səddə dəyib. 11 gün koma vəziyyətində qaldıqdan sonra başından aldığı zədədən dünyasını dəyişib.
Mənbə:> Oxu.Az