Futbolçunun oyun zamanı ürəyi dayandı – FOTO
Belçikanın "Lokeren" və "Genk"in ikinci komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə yaşanıb.
ANS PRESS-in məlumatına görə, matçın 25-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Qreqori Mertens qəfildən yerə yıxılıb.
Ürəyinin dayandığı bildirilən futbolçuya həkimlər ilkin tibbi yardım göstəriblər. Daha sonra onu yaxınlıqdakı xəstəxanaya aparıblar. Mertensin durumunun ciddi olduğu və süni komada saxlanıldığı bildirilir.
Belçika millisinin futbolçuları Tibo Kurtua və Romelu Lukaku "tvitter" sosial şəbəkəsindəki səhifələrində "mübarizəyə davam et Qreqori" mesajını yazmaqla futbolçuya dəstək olublar.
Qeyd edək ki, Belçikanın U-21 millisində çıxış edən Mertens cari mövsüm "Lokeren"in heyətində 18 oyun keçirib.
Mənbə:> ANSPRESS