Ana şoka düşdü: "Mən kimi doğmuşam?!" » AzNews.info -Xəbər portalı

Ana şoka düşdü: "Mən kimi doğmuşam?!" – VİDEO+FOTO

Ana şoka düşdü: "Mən kimi doğmuşam?!"


Hospitalın doğuş şöbəsində çəkilmiş bu foto sosial şəbəkələrdə yeni fenomendir.

Yeni ana olmuş qadının simasındakı heyrət, qorxu və təəccüb onun əsla gözləmədiyi, qəfil xəbərdən şoka düşdüyünü göstərir.

AzNews.info milli.az-a istinadən bildirir ki, fotoda Avstraliya vətəndaşı, əslən yapon olan Koto Nakamura əks olunub. O, yenicə ana olub və bu zaman həkimlərin "Təbrik edirik, oğlunuz dünyaya gəldi!" sözlərini eşidəndə heyrətini gizlədə bilməyib.
Çünki Koto qızının olacağına əmin idi.
Olay Avstraliyanın Tasmaniya adasındakı hospitalda yaşanıb. Fotoları isə fotoqraf Ces Cekson çəkib.

Koto Nakamura və onun əri Sina Niakasanfi ilk övladlarının qız olacağını düşünürdülər. Çünki Koto hamiləliyin ikinci ayında olanda klinikadakı ultrasəs müayinəsinin cavablarında "bətninizdəki övladınız qızdır" yazılmışdı.
Koto bu xəbərə sevinmişdi, çünki ilk övladının qız olmasını istəyirdi.

Koto və Sina doğulacaq qıza ad da qoymuşdular: Hinata... Onların valideynləri, qohumları və dostları dünyaya gələcək qız üçün çəhrayı rəngdə paltarlar, qızlar üçün nəzərdə tutulmuş oyuncaqlar da hədiyyə etmişdilər.
Ər və arvad səbirsizliklə Hinatanı gözləyirdilər.

Doğuşdan sonra Kotoya oğlunun olduğu deyiləndə o, heyrətlə "Mən kimi doğmuşam?!" deyərək palatadakı həkimləri və tibb bacılarını güldürüb.
Dünyaya gəlmiş oğlana Tayqa adı verilib.

"Sözün açığı, təəccüblənmişdim. Amma indi bəxtəvərəm. Oğlum olub", - Koto deyib.


Mənbə: Milli.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *