Evlənmək istədiyi kişidən "yox" eşidən qadın şoka düşdü » AzNews.info -Xəbər portalı

Evlənmək istədiyi kişidən "yox" eşidən qadın şoka düşdü – VİDEO

Evlənmək istədiyi kişidən "yox" eşidən qadın şoka düşdü


Evlilik proqramına qatılan qadının aldığı cavabdan sonrakı dəyişimi görənləri şoka salıb.
ANS PRESS-in məlumatına görə, 60 yaşlı Necla Özdamar qonşu Türkiyədə yayımlanan evlilik proqramlarından birinə qatılıb.

Necla xanım ömrünün əksər hissəsini işinə həsr edib. O tibb bacısı kimi çalışıb. İllərin əzab-əziyyəti, çəkdiyi çətinliklər qadının üz cizgilərində də öz izini qoyub. Yaşına görə daha yaşlı görünən qadının üzü qırışlarla dolu olub.

Təqaüdə çıxandan sonra o həyatını dəyişmək üçün evlənmək istəyib. Lakin proqramda talib olduğu şəxs onun görüntüsünü bəyənməyib. Evlənmək istədiyi şəxsdən "yox" cavabı eşidən qadın depressiyaya düşüb və dəyişiklik barədə qərar verib.

Üç həftə sonra onu görənlər sözün yaxşı mənasında şok yaşayıblar. Belə ki, 60 yaşlı tibb bacısının qırışları demək olar ki, tamamilə yoxa çıxıb, saçlarının rəngi və forması, hətta geyim tərzi belə dəyişib.
"Bu andan sonra o adam məni bəyənsə belə onu istəmirəm. Artıq yolu açıq olsun".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *