Ermənistanda əhali üçün qazın qiyməti endiriləcək
İyulun 1-dən Ermənistanda təbii qaz tarifləri endiriləcək.
Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, müvafiq qərar İctimai xidmətlər Komissiyasının iclasında qəbul olunub.
Bundan sonra əhali üçün 1 kubmetr qazın qiyməti 146 dram (0,3 dollar) olacaq.
Qərarın verilməsinə Rusiyanın aprelin 7-də Ermənistan üçün satılan qazın qiymətini 150 dollar müəyyənləşdirməsi səbəb olub. Bundan öncə Ermənistan Rusiyadan qazın 1000 kubmetrini 165 dollara alırdı.
Mənbə:> Oxu.Az