Rusiya Ermənistan üçün qazın qiymətini aşağı saldı
Ermənistan hökuməti idxal edilən qazın qiymətinin aşağı salınması barədə Rusiya ilə ikitərəfli protokolu təsdiq edib.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, imzalanmış sənədə əsasən Ermənistan qazın hər min kubmetrinə görə, Rusiyaya 189 dollar yox, 165 dollar ödəyəcək.
Yeni protokol cari ilin yanvar ayının 1-dən qüvvəyə minib və 31 dekabr 2015-ci il tarixinə kimi etibarlıdır.
Mənbə:> Oxu.Az